Dinq Liren

 Çin

Təvəllüd: 24 oktyabr 1992

FİDE reytinqi: 2812 (mart 2019) 

Ən yüksək reytinqi: 2816 (noyabr 2018)

Reytinq sıralaması: 3

Dinq Liren 6 iyun  2009-cu il tarixində, 16 yaşında olarkən Çin çempionu olan ən gənc şahmatçı kimi tarixə düşüb.

Üçqat Çin çempionu (2009, 2011, 2012) D.Liren 2014 və 2018-ci illərdə Çinin heyətində Ümumdünya Şahmat Olimpiadasının qalibi olub. 2015-ci ildə Çin yığması ilə birlikdə Dünya çempionatında qızıl medala layiq görülüb. 

2015-ci ilin avqust ayında Van Yudan sonra FİDE Dünya sıralamasında ilk onluğa daxil olan ikinci çinli şahmatçı olub.

2016-cı ilin iyul ayında blits üzrə dünyanın ən yüksək reytinqli şahmatçısı adını qazanıb.

2017-ci ildə Dinq Liren 2783 əmsalı ilə Çində ən yüksək reytinqli şahmatçı kimi tarixə düşüb. 2018-ci ildə Berlindəki turnirdə mübarizə aparmaqla Dinq Liren İddiaçılar turnirində iştirak edən ilk çin şahmatçısı olmuşdur.

Dinq 2017-ci ilin avqust ayından 2018-ci ilin noyabr ayına qədər oynadığı 100 klassik oyunda 29 qələbə və 71 heç-heçəyə nail olaraq 17  ay ərzində məğlub olmamışdır.