David Navara

 Çexiya

27 mart 1985-ci ildə anadan olub, FİDE reytinqi: 2745 (Aprel 2018).

David Navara Çexiyanın görkəmli qrossmeysteridir və öz ölkəsində ən yüksək reytinqə malik olan şahmatçıdır. İlk dəfə 2004-cu ildə ölkə çempionu adına qazanmış və sonralar həmin nailiyyəti 2005, 2010, 2012, 2013, 2014, 2015 və 2017-ci illərdə təkrar etmişdir.

Çexiya Respublikası yığmasının tərkibində 2012-ci ildə İstanbulda keçirilən Olimpiadada ikinci lövhədə 11 oyundan 9.5 xal toplayaraq oyunçular arasında ikinci nəticə göstərmişdir.

2011-ci ildə şəxsi nailiyyətlərin yüksəkliyi olan Xantı-Mantiyskdə keçirilən Dünya Kubokunun 1\4 finalına çıxan Navara, daha sonra əsəb gərginliyi nəticəsində tam uduşlu vəziyyəti əldən verərək Aleksandr Qrişuka məğlub olmaqla yarışı tərk etmişdir.

2014-cü ildə Navara blitz üzrə Avropa çempionatının qalibi adını qazanmışdır.