Warning: mysql_result() expects parameter 1 to be resource, boolean given in /home/shamkir/public_html/class/class.counter.php on line 18
Xoş gəlmisiniz CHESS 2016
Xoş gəlmisiniz

Hörmətli dostlar və şahmatsevərlər,

“Synergy Group” və “Shamkir Chess 2017” təşkilat komitəsi rəhbərliyi adından sizi salamlamaqdan qürur duyuram!

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess” turniri artıq ənənəyə çevrilmişdir. Bildiyiniz kimi, məşhur şahmatçıların iştirak etdiyi bu superturnir dördüncü dəfədir ki, Şəmkirdə təşkil olunur.

“Synergy Group” olaraq, bu superturniri təşkil etməkdən və maliyyələşdirməkdən məmnuniyyət hissi keçiririk. Qeyd etməliyik ki, “Shamkir Chess” turniri Azərbaycanda intellektual oyunların və şahmatın inkişafına töhfə verən ən mötəbər tədbirlərdəndir. “Shamkir Chess 2017”-nın əsas məqsədi məşhur şahmatçı Vüqar Həşimovun xatirəsini yad etmək, onun ailəsi və dostlarına və eyni zamanda Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dəstək olmaqdır.

Bildiyiniz kimi, Vüqar Həşimov qrossmeyster (2002), şahmat üzrə üçqat Azərbaycan çempionu (1995, 1996, 1998-ci illər) və 2009-cu ildə Azərbaycan yığmasının tərkibində Avropa Çempionu adını qazanmışdı. 

Fürsətdən istifadə edib xatırlatmaq istərdim ki, “Synergy Group” Azərbaycanda fəaliyyət göstərən ən iri yerli holdinqlərdən biridir. Qeyri-neft sektorunun inkişafı məqsədilə, “Synergy Group” tikinti və tikinti materialları sənayesi, İKT, kənd təsərrüfatı, otelçilik, təhsil və digər sahələr üzrə ixtisaslaşmış 30 müxtəlif şirkətdən ibarət portfolionu uğurla idarə edir. Əsası 2010-cu ildə qoyulmuş “Synergy Group”, özünün Korporativ Sosial Məsuliyyət siyasətinin tərkib hissəsi olaraq ölkədə təhsil , idmanın inkişafına və eyni zamanda, dünyada tanınmasına investisiya yatırır.

“Synergy Group” olaraq biz hər zaman davamlı gələcəyə doğru peşəkar və sistematik addımlar atır və cəmiyyətin inkişafına töhfə veririk. 

Hörmətlə,

Fərid Hüseynov

“Shamkir Chess 2017” Təşkilat Komitəsinin sədri