Warning: mysql_result() expects parameter 1 to be resource, boolean given in /home/shamkir/public_html/class/class.counter.php on line 18
Vüqar Həşimov CHESS 2016
Vüqar Həşimov

 

Tanınmış Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakıda anadan olmuşdur. O, FİDE-nin 2009-cu ilin noyabr ayına olan reytinq siyahısında altıncı yerə yüksəlmişdir. Vüqar Həşimov “Bakı Qran Pri” turnirinin qalibi olmuş, 2009-cu ildə Azərbaycan komandasının tərkibində Avropa çempionluğunu qazanmışdır. O, Serbiyada keçirilən Avropa Çempionatında milli komandamızın qələbə qazanmasında mühüm rol oynamışdır. Vüqar Həşimov 2011-ci ildə 1958-ci ildən bəri İtaliyada müntəzəm olaraq keçirilən “Reggio Emilia”  şahmat turnirinin qalibi olmuşdur. Bir neçə şahmat klubu adından yarışlara qatılan V. Həşimov Xorvatiya, Türkiyə, Rumıniya, İran, İspaniya və Moldova çempionu olmuşdur. V. Həşimov, xüsusilə, sürətli şahmat üzrə güclü oyunçu olaraq tanınırdı. 72-dən artıq titul sahibi olan V. Həşimov “Kasparov” kubokunun sahibidir. Fərdi oyunlarda o, 2008-ci ildə keçirilmiş Şahmat Olimpiadasının gümüş medalçısı olmuşdur. O, həmçinin, Dünya İntellektual Oyunlarının gümüş və bürünc medalçısıdır. 

Vüqar Həşimov 10 yanvar 2014-cü ildə Almaniyanın Heydelberq klinikasında 27 yaşında dünyasını dəyişmişdir. Bakılı qrossmeyster uzun müddət ağır xəstəlikdən əziyyət çəkirdi və son 1,5 il ərzində müalicə alırdı.