Aleksandr Qrişuk

 Rusiya

Təvəllüd: 31 oktyabr 1983

FİDE reytinqi: 2771 (mart 2019) 

Ən yüksək reytinqi: 2810 (dekabr 2014)

Reytinq sıralaması: 8

Qrişuk 2009-cu ildə Rusiya çempionu adını qazanmışdır. O, həmçinin blits üzrə üçqat Dünya Çempionudur (2006, 2012 və 2015-ci illər).

Dörd dəfə namizədlər turnirində (2007, 2011, 2013, 2018) iştirak etmiş  və 2011-ci ildə finala qədər mübarizə aparmışdır.

2000-ci ildə  FİDE Dünya Çempionatının yarımfinalçısı olmuşdur.

Rusiya komandasının tərkibində Olimpiadalarda iki dəfə qızıl, üç dəfə gümüş və bir bürünc, şəxsi hesabda isə bürünc medal əldə etmişdir.

Həmçinin Dünya komandalar arası birinciliklərdə də, komanda hesabında dörd qızıl və bir gümüş, şəxsi hesabda bir qızıl, üç gümüş və bir  bürünc medal qazanmışdır.

2017-ci ilin fevralında FİDE Qrand-Pri seriyasına daxil olan Şarja turnirində tay-breklə birinci nəticəni göstərmişdir.