Warning: mysql_result() expects parameter 1 to be resource, boolean given in /home/shamkir/public_html/class/class.counter.php on line 18
Şəmkir CHESS 2016
Şəmkir

Şəmkir (həmçinin, Anino, Annenfel’d, Annino, Şəmkir və Şamxor) – Azərbaycanın 8-ci böyük şəhəri və Şəmkir rayonunun mərkəzi Kiçik Qafqaz dağlarının şimal ətəklərində, Cəyirçay çayının sahilində, Tbilisi-Yevlax şosesinin üzərində yerləşir.

Belə hesab olunur ki, Şəmkir şəhərinin əsası V-VI əsrlərdə qoyulmuşdur. Azərbaycan tarixçisi Cahangir Zeynaloğluna görə, “Şəmkir” adı farsca “şəms” (günəş) və “kür” (tapınan) sözlərindən əmələ gəlib “günəşə tapınanlar yurdu” deməkdir.   

Zənginliyinə və coğrafi strateji əhəmiyyətinə görə bu şəhər tarix boyunca işğalçıların hücumlarına məruz qalmışdır. İranın böyük ticarət və sənətkarlıq mərkəzi olan şəhər sonradan ərəb ordusu tərəfindən işğal edilmişdir. Bir müddət Şəmkir Gürcü çarlığı və monqolların tabeliyində qalmışdır. 16-cı əsrin birinci rübündən 19-cu əsrin əvvəlinədək Şəmkir 9-cu əsr Azərbaycan qızılbaş tayfalarından olan Səmsəddinli-Zülqədər eli tərəfindən idarə olunurdu. 1803-cü ildə Gəncə xanlığına qarşı hərbi əməliyyatlar zamanı Şəmkir rus orduları tərəfindən işğal edilərək Rusiyaya birləşdirildi. 1818-ci ildə Annenfeld adlanan Şəmkir ərazisinə Vurttemberqdən alman koloniyası yerləşdirildi. 1914-cü ildən şəhər Annino, 1938-ci ildən isə Şamxor adlandırıldı. 1944-cü ildə Şamxora şəhər statusu verildi. 1991-ci ildə şəhərin tarixi adı özünə qaytarıldı.

Şəmkir rayonunun iqtisadiyyatı quşçuluq, maldarlıq və ipəkqurdu yetişdirilməsinə əsaslanır. Kənd təsərrüfatı maşınlarının istehsalı, üzüm emalı zavodları (şərabçılıq), texniki sort (Şəmkirdə taxıl, arpa, qarğıdalı, soğan, kələm, pomidor, xiyar, badımcan, günəbaxan, kartof) kənd təsərrüfatı məhsulları yetişdirilir.   

Tarixi memarlıq abidələri

  • Şəmkir şəhərinin xarabalıqları
  • Şəmkir körpüsü
  • Seyfəli kəndində Qız qülləsi
  • Muxtariyyət kəndində Şəmkir qalası
  • Yeni Seyfəli kəndində Oğuz məzarlığı
  • Bayramlı kəndində Baydar şəhərinin qalıqları
  • Abbaslı kəndində məscid
  • Tatarlı kəndində qız qülləsi
  • Təhnəli kəndində körpü
  • Koroğlu qalası, Qalaboynu qalası
  • Zəyəm çayı üzərində körpü
  • Alman Lüteran kilsəsi

Müasir memarlıq nümunələri:

  • Qələbə kompleksi (Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə həsr olunmuş abidə)
  • Duyarlı kəndində məscid
  • Qara Yanvar abidəsi
  • Aşıq Hüseyn Şəmkirlinin heykəli
  • Əliağa Şıxlinskinin büstü
  • Koroğlu heykəli
  • Azərbaycanın milli qəhrəmanı Zaur Sariyevin xatirəsinə həsr olunmuş abidə
  • Şəhidlər xiyabanı
  • Heydər Əliyev bulağı
  • Aşıq Ələsgərin heykəli
  • 31 mart 1918-ci il soyqırımına həsr edilmiş memorial

Şəmkir şəhərinin müasir görünüşü Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, “Zəka” Gənclər Mərkəzi, Şəmkir Şəhər Parkı, Abidələr Parkı, Şəmkir Oksford Məktəbi və “Excelsior Hotel Shamkir” oteli ilə tamamlanır.  

Şəhər haqqında əlavə məlumat üçün:

https://www.youtube.com/watch?v=6XGBHV-aMYs

https://www.youtube.com/watch?v=qO6RV68WiTA