Warning: mysql_result() expects parameter 1 to be resource, boolean given in /home/shamkir/public_html/class/class.counter.php on line 18
Synergy Group CHESS 2016
Synergy Group

2010-cu ildə təsis edilmiş “Synergy Group” Azərbaycanda ən böyük özəl investisiya şirkətlərindən biridir. Qrup yüksək inkişaf potensialı olan strateji sənaye sahələrinə investisiya yatırır. “Synergy Group” 28 müxtəlif və inkişaf yönümlü müəssisəni idarə edir və ümumilikdə 1500 nəfərdən çox işçi heyəti vardır.

“Synergy Group”un çoxsahəli investisiya portfeli aşağıdakı sahələrə irimiqyaslı investisiya yatırılmasından ibarətdir:

  • Turizm, otelçilik sənayesinin idarə olunması (“Caspian Sea Resort Hotel”, "Excelsior Hotel Shamkir", “Qalaaltı Hotel SPA & Resort”, "Şəmkir Şəhər Parkı", “Chinar Hotel & SPA Naftalan”)
  • Tikinti və tikinti materiallarının istehsalı (AAC, AFC, Ecolime, Renaissance Construction Аzerbaijan, Zəyəm Texnologiyalar Parkı)
  • Təhsil ("Azərbaycan Universiteti", "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzi, "Parlaq Zeka" intellektual telelayihəsi)
  • İKT ("CyberNet")
  • Kənd təsərrüfatlı (şərabçılıq: "Caspian Coast Winery & Vineyards" və qızılgül becərilməsi: "AzAgro")
  • Poliqrafiya və Qablaşdırma ("Bestpack")

“Davamlı gələcəyə doğru” şüarına sadiq qalaraq “Synergy Group” Azərbaycanın ilk peşəkar velosiped komandası olan “Synergy Baku” və hər il təşkil olunan “Tour d'Azerbaidjan” yarışına sponsorluq edir.

“Synergy Group” fəaliyyətinin əksər hissəsini Bakıdan kənarda qurmaqla Azzərbaycan regionlarının sosial-iqtisadi inkişafına öz töhfəsini verir.   

Əlavə məlumat üçün bax:  http://synergygroup.az/