Warning: mysql_result() expects parameter 1 to be resource, boolean given in /home/shamkir/public_html/class/class.counter.php on line 18
Təşkilat Komitəsi CHESS 2016
Təşkilat Komitəsi

Fərid Hüseynov - “Shamkir Chess 2017” şahmat turnirinin Təşkilat Komitəsinin sədridir. O, “Synergy Group”un Müşahidə Şurası Sədrinin müavinidir. Uzun illik peşəkar iş təcrübəsinə malik F. Hüseynov Vüqar Həşimovun xatirəsinə həsr olunmuş super-turnirin əsas təşkilatçısı və sponsorunu təmsil edir.

  Faiq Həsənov - şahmat üzrə beynəlxalq dərəcəli hakim, həmçinin, məşqçi, teleaparıcı,müəllif və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir. Şahmat sahəsində böyük təcrübəyə malik F. Həsənov Təşkilat Komitəsinin üzvü kimi lazımi dəstəyi göstərir.
 
Mahir Məmmədov - Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir. Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru olub.   Aqşin Əhmədov -  “Synergy Group”un törəmə şirkəti olan “Synergy Sport” MMC-nin direktorudur. Təşkilat Komitəsinin üzvü kimi, o, super-turnirin ümumi koordinasiya məsələləri üzrə cavabdehlik daşıyır. 
 
Sənan Şəfizadə - 2000-ci ildən Azərbaycan mətbuatında çalışır. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Təşkilat Komitəsinin üzvü olaraq, o, “Shamkir Chess 2017”-in bütün mətbuat işlərini, habelə yerli və beynəlxalq mətbuatda işıqlandırılmanı təmin edəcəkdir.   Sərxan Həşimov - Vüqar Həşimovun böyük qardaşıdır. Uzun müddət Vüqarın meneceri olmuş Sərxan Həşimov əlaqələndirici şəxs kimi təşkilati işlərə dəstək verir, O, həmçinin beynəlxalq media məsələləri üzrə köməklik göstərir.
 
Məmməd Qasımov - “Synergy Group”un hüquq meneceridir. “Shamkir Chess 2017” turnirinin Təşkilat Komitəsinin üzvü kimi, o, turnirə müxtəlif hüquqi məsələlərin həllində köməklik göstərir.     Gülnarə Günəşova - “Synergy Group”un İnzibati Şöbə rəhbəridir. “Shamkir Chess 2017” turnirinin Təşkilat Komitəsinin üzvü kimi, o, turnirə müxtəlif təşkilati məsələlərin həllində köməklik göstərir.