Maqnus Karlsen

 Norveç

1990-cı il noyabr ayının 30-da anadan olub, FİDE reytinqi: 2843(Aprel 2018) 

2013-cü ildə 23 yaşında Dünya çempionu adını qazanan Karlsen hazırda da şahmat tacının sahibidir.

O, reytinqi 2882 həddinə kimi yüksəltmiş və bu şahmat tarixində ən yüksək göstərici kimi qeyd olunub.

Karlsen eyni zamanda blits üzrə son Dünya çempionudur. 

Maqnus Karlsen 13 yaş 148 günlüyündə qrossmeyster adını qazanarkən o zaman ən gənc ikinci qrossmeyster kimi tarixə düşüb. 2013-cü ildə M. Karlsen “Time” jurnalında “ilin ən nüfuzlu 100 insanı” və “Business Insider” tərəfindən “iş dünyasının ən uğurlu insanları” sırasına daxil olunub. Norveçli şahmatçı həmin il London Times tərəfindən “İlin gənc adamı” mükafatına da layiq görülmüşdür.

Karlsen iki dəfə Vüqar Həşimov xatirəsinə həsr olunmuş Shamkir Chess turnirinin qalibi olmuşdur.