Serqey Karyagin

 Rusiya

Təvəllüd: 12 yanvar 1990

FİDE reytinqi: 2753 (mart 2019) 

Ən yüksək reytinqi: 2788 (iyul 2011)

Reytinq sıralaması: 14

Ukrayna əsilli Sergey Aleksandroviç Karyakin Rusiyanı təmsil edir. O, 12 yaş 7 aylığında olarkən ən gənc qrossmeyster kimi Dünya şahmat tarixinə adını yazdırıb.

2016-cı ilin martında Karyakin İddiaçılar turnirində qələbə qazanmaqla şahmat tacı uğrunda mübarizə aparmaq imkanı əldə edib. 2016-cı il noyabr ayında Dünya çempionluğu matçında, Maqnus Karlsenlə mübarizədə tay-brekdə uduzmaqla tarixi uğurun bir addımlığından geri dönüb.

Karyakin 2012-ci ildə sürətli şahmat üzrə Dünya çempionu olub, 2015-ci ildə Bakıda keçirilən Dünya Kubokunda qalib adını qazanıb. 

2016-cı ildə blits üzrə Dünya çempionatında birinci yeri tutub.

Ümumdünya Şahmat Olimpiadalarında üç dəfə Ukrayna və beş dəfə Rusiya yığmasının şərəfini qoruyaraq, üç qızıl, iki gümüş və iki bürünc medal əldə edib. Rusiya yığmasının heyətində -  2013 və 2019-cü illərdə komandalar arasında - Dünya çempionatının qalibidir. 

Karyakin sonuncu İddiacılar turnirinin iştirakçısıdır.