Şəhriyar Məmmədyarov

 Azerbaijan

1985-ci il 12 aprel tarixində anadan olub. FİDE reytinqi: 2814 (Aprel 2018)

Şəhriyar Məmmədyarov 2011 və 2014 illərdə İddiaçılar turnirində mübarizə aparıb. 2017-ci ildə FİDE Qran-Pri turnirində qələbə qazanmaqla 2018-ci ildə üçüncü dəfə İddiaçılar turnirində iştirak etmək imkanı əldə etmiş və yarışda ikinci yerlə kifayətlənmişdir. 

2012-ci ildə keçirilən Ümumdünya Şahmat Olimpiadasında fərdi göstəricilərinə əsasən üçüncü lövhədə qızıl medala layiq görülüb. Azərbaycan yığmasının heyətində Avropa çempionatının üçqat qalibidir (2009, 2013, 2017).

2003-ci ildə gənclər arasında dünya çempionatının qalibi olub. O, qələbəsini 2005-ci ildə yenidən təkrarlayıb (bununla gənclər arasında yeganə ikiqat çempiondur). Şəhriyar 2013-cü il iyun ayında  sürətli şahmat üzrə Dünya çempionatının qalibi olmuşdur. Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess turnirinin ikiqat qalibidir. SOCAR klubunun heyətində Avropa Çempionlar Kubokunun sahibi olub.