Teymur Rəcəbov

 Azərbaycan

12 mart 1987-ci ildə anadan olub. FİDE reytinqi: 2748 (Aprel 2018)

Azərbaycanın ən güclü şahmatçılarından olan Teymur Rəcəbov 2012 və 2013-cü illərdə iki dəfə İddiaçılar Turnirinə vəsiqə qazanıb.

2003-cü ildə Linaresdə 15 yaşlı Rəcəbov qara fiqurlarla Dünya çempionu Harri Kasparovu yeddi illik müddət ərzində məğlub edən ilk şahmatçı olub. Kasparovun iki il sonra şahmat karyerasını başa vurduğu vaxtadək bu nailiyyəti heç bir şahmatçı təkrar edə bilməyib.

Azərbaycan yığmasının heyətində üç dəfə Avropa çempionatlarında qələbə qazanıb (2009, 2013, 2017). 2004-cü ildə dünya çempionatında bürünc medala layiq görülüb.

2007-ci ildə Rəcəbov XIX kateqoriyalı Veyk-An-Zee superturnirində birinci yeri bölüşdürübSonuncu FİDE Gran-Pri seriyasına daxil olan turnirləridən birinin qalibi olmuşdur.

Rəcəbov “SOCAR Azerbaijan” klubunun heyətində iki dəfə Avropa Çempionlar Kubokunu qazanmışdir.