Rauf Məmmədov

Azərbaycan

1988-ci il aprelin 26-da anadan olub. FİDE reytinqi: 2704 (Aprel 2018)

2004-cü ildə Dubayda keçirilən beynəlxalq turnirdə qələbə qazanmaqla qrossmeyster adını qazanıb.

O, müxtəlif illərdə üç dəfə milli komanda heyətində Avropa çempionatının qalibi olub (2009, 2013 və 2017).  R.Məmmədov dördqat Azərbaycan çempionudur.

2009-cu ildə Rauf Texas ştatının Lubbock şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE Kubok Turnirində Yuriy Kuzubov və Dmitry Andreykinlə birinci üç yerləri bölüşdürmüşdür.

2011-ci ildə Corsica Masters blitz turnirinin qalibi olmuşdur.

2015-ci ildə Minskdə keçirilən blits üzrə Avropa çempionatında qızıl medal qazanıb. 2017-ci ildə Azərbaycanda reytinqi 2700 əmsalına yüksələn dördüncü şahmatçı kimi tarixə düşüb.

Şəmkirdə keçirilən turnirin iki dəfə iştirakçısı olub.