Vişvanatan Anand

 Hindistan

Təvəllüd: 11 dekabr 1969

FİDE reytinqi: 2779 (mart 2019) 

Ən yüksək reytinqi: 2817 (mart 2011)

Reytinq sıralaması: №6

2000-2002-ci illərdə FİDE versiyası üzrə Dünya çempionu adını daşıyan Anand, bunu Asiyadan edən həm də ilk şahmatçı oldu.

Qeyd edək ki, 1995 və 1997-ci illərdə fərqli formatlarda keçirilən Dünya şahmat tacı uğrunda mübarizələrdə Kasparov və Karpova məğlub olmuşdur.  

İlk iki Dünya Kubokunun qalibidir (2000,2002).

2007-ci ildə birləşdirilmiş formatda keçirilən birincilikdə Dünya Çempionu adını qazanaraq 2008-ci ildə Vladimir Kramnikə qarşı titulunu müdafiə etdi. 2010 və 2012-cu illərdə müvafiq olaraq Veselin Topalov və Boris Gelfanda qalib gələrək Dünya Çempionu adını özündə saxladı.

2013-cü ildə keçirilən matçda Maqnus Karlsenə məğlub olan Anand şahmat tacıyla vidalaşdı. Növbəti il - 2014-cü ildə keçirilən çempionluq görüşündə iştirak etməyə vəsiqə qazanan Anand M.Karlsenə yenidən uduzdu.

2003 və 2017-ci illərdə  sürətli şahmat üzrə Dünyanın ən güclüsü olmuşdur.

Anand alti dəfə şahmat "Oskar"ına (1997, 1998, 2003, 2004, 2007, 2008) layiq görülmüşdür.