Aniş Giri

  Niderland

Təvəllüd: 28 iyun 1994

FİDE reytinqi: 2797 (mart 2019) 

Ən yüksək reytinqi: 2798 (yanvar 2016)

Reytinq sıralaması: 4

Aniş Giri 14 yaş 7 aylığında qrossmeyster adını qazınıb. 2002-ci ildə Yaponiyanın Sapporo şəhərinə köçüb və valideynləri ilə birlikdə 2008-ci ilə qədər orada yaşayıb. 2008-ci il fevral ayından etibarən Giri və ailəsi Hollandiyada yaşayır.

Giri dördqat Hollandiya çempionudur (2009, 2011, 2012 və 2015).

O, beş şahmat olimpiadasında Hollandiyanı təmsil edib (2010, 2012, 2014, 2016,2018).

2012-ci ilin yanvar ayında Giri 54-cü Reccio Emiliya şahmat turnirinin qalibi olub. XX kateqoriyalı turnirdə (orta reytinq 2744) ən aşağı reytinqə malik şahmatçı olmasına baxmayaraq Giri yarışı birinci pillədə başa vurub.

2016-cı ilin mart ayında Giri Rusiyanın Moskva şəhərində keçirilən İddiaçılar turnirində iştirak edib və bütün 14 oyunu heç-heçə edərək yadda qalıb.

Giri 2018-ci ildə 80-ci Tata Steel Masters turnirində 13 oyundan 9 xal ilə Karlsenlə birgə birinci pilləyə şərik olaraq, yalnız tay-brekdə sonuncuya məğlub olmuşdur. Növbəti il isə həmin yarışda 8,5 xal ilə ikinci nəticəni göstərmişdir.