Vladimir Kramnik

 Rusiya

1975-ci il 25 iyun tarixində anadan olub. FİDE reytinqi: 2792 (Aprel 2018) 

Vladimir Kramnik 2000-ci ildən 2006-ci ilə qədər klassik şahmat üzrə Dünya çempionu olub və 2006-2007-ci illər ərzində Dünya Şahmat Çempionu adını daşıyıb.

O, Ümumdünya Şahmat Olimpiadalarında üç dəfə yığma komanda heyətində və üç dəfə fərdi olaraq qızıl medal qazanıb. Rusiya yığmasının heyətində Avropa (1992) və Dünya (2013) çempionatının qalibidir.

2013-cü ildə Norveçdə keçirilən Dünya Kubokunun qalibi olub.

V. Kramnik iki dəfə şahmat üzrə “Oskar” mükafatına layiq görülüb (2000, 2006).

Sonuncu İddiacılar turnirinin iştirakcısı olub.