Warning: mysql_result() expects parameter 1 to be resource, boolean given in /home/shamkir/public_html/class/class.counter.php on line 18
Maykl Adams CHESS 2016
Maykl Adams

 İngiltərə

17 noyabr 1971-ci ildə anadan olmuşdur, FIDE reytinqi 2761 (Aprel 2017)

1997, 1999 və 2000 illərdə Namizədlərdə yarımfinala qədər gəlib çıxa bilmişdir. 2004 FIDE Dünya Çempionatında finalda Kasımcanova məğlub olmuşdur.

İlk dəfə 1989-cu ildə İngiltərə çempionu adını qazanmış, yenidən 1997, 2010 və 2011-ci illərdəki birinciliklərdə nəticəni təkrarlamışdır.

2013-cü ilin iyul-avqust aylarında keçirilən Dortmund Sparkassen Chess Meeting turnirində 2925 performansı ilə ən yaxşı turnir nəticəsini göstərərək, 9 oyundan 7 xal ilə yarışın qalibi oldu.