Warning: mysql_result() expects parameter 1 to be resource, boolean given in /home/shamkir/public_html/class/class.counter.php on line 18
Son xəbərlər CHESS 2016
Son xəbərlər
Rauf Məmmədov: Şəhriyar bütün görüşlərdə qələbə qazanmaq istəyirdi ShamkirChess 2017 turnirinin qalibi Şəhriyar Məmmədovun komanda yoldaşı Rauf Məmmədov rəsmi sayta müsahibəsində yarışa hazırlıqla bağlı danışıb. Şahmatçı Şəhriyarla işləməyin çətin olduğunu deyib: "Uzun illər dostluq münasibətimiz var. Şəmkirə dəvət edəndə söylədi ki, istəyirəm birgə yollanaq. Həm məşq baxımından, həm də dost kimi yanımda olasan. Bizim üçün əsas əhvalımız yaxşı olsun. 2017-05-04 Daha ətraflı...
Maykl Adams və Veselin Topalov Gəncədə ShamkirChess 2017 turnirinin iştirakçıları İngiltərə təmsilçisi Maykl Adams, sabiq dünya çempionu Veselin Topalov eləcə də partiyaları rəsmi sayt üçün şərh edən məşhur şahmatçı Lyubomir Lyuboyeviç Gəncə şəhərində olub. 2017-05-02 Daha ətraflı...
Uesli So: Şəhriyarın qələbəsi layiqlidir ShamkirChess 2017 turnirinin iştirakçısı Uesli So yarışın yekunlarıyla bağlı rəsmi sayta açıqlama verib. Vüqar Həşimov Memorialında çıxışını qiymətləndirən ABŞ təmsilçisi Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun qələbəsindən danışıb: 2017-05-02 Daha ətraflı...
ŞƏHRİYAR MƏMMƏDYAROV: Nişanlım şəmkirli olduğu üçün özümü şəmkirli sayıram Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group tərəfindən keçirilən ShamkirChess 2017 turnirinin qalibi Şəhriyar Məmmədyarov yarışın rəsmi saytına müsahibə verib. Turnirin mətbuat xidməti yarışın qalibinin müsahibəsini təqdim edir. 2017-05-02 Daha ətraflı...
Şəhriyar Məmmədyarov ShamkirChess2017-nin qalibi oldu Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group tərəfindən təşkil olunan ShamkirChess 2017 turnirinin bağlanış mərasimi keçirilib. 2017-05-01 Daha ətraflı...
Vladimir Kramnikə sürpriz hədiyyə Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2017” superturnirinin təntənəli bağlanış mərasimi zamanı rusiyalı şahmatçı Vladimir Kramnikə hədiyyə təqdim olunub. 2017-05-01 Daha ətraflı...
Məmmədyarov Adamsla heç-heçədən danışdı Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialında VII tura yekun vurulub. Hesabat turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla İngiltərə təmsilçisi Maykl Adamsla heç-heçə oynayıb. Partiyadan sonra şahmatçılar nəticənin oyuna görə olduğunu deyib. 2017-04-29 Daha ətraflı...
ShamkirChess 2017: VIII tur Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group tərəfindən keçirilən ShamkirChess 2017 turnirində VIII tura start veriləcək. Yarışın lideri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Polşa təmilçisi Radoslav Voytaşekə qarşı mübarizə aparacaq. 2017-04-29 Daha ətraflı...
Şəhriyar Məmmədyarov: 19-cu gedişdən sonra Kramnikin əhvalı korlandı Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017 turnirində VI tura yekun vurulub. Synergy Group-un təşkil etdiyi XXI kateqoriyalı superturnirin VI turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qara fiqurlarla sabiq dünya çempionu Vladimir Kramniki məğlub edib. 6 saat 22 dəqiqə davam edən görüşün sonunda rusiyalı şahmatçı təslim olub. 2017-04-28 Daha ətraflı...
Uesli SO: Şahmat dünyası Vüqarı heç vaxt unutmayacaq Vüqar Həşimov Memorialında iştirak edən ABŞ şahmatçısı Uesli So ShamkirChess 2017 turnirinin rəsmi saytına müsahibə verib. Synergy Group-un təşkil etdiyi yarış haqqında danışan So rəqibləri haqqında fikir bildirib. 2017-04-28 Daha ətraflı...
ShamkirChess 2017: VI tur Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialında VI tura start verilib. Synergy Group-un təşkil etdiyi turnirin hesabat turunda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov müvafiq olaraq Vladimir Kramniklə Radoslav Voytaşekə qarşı mübarizə aparır. 2017-04-27 Daha ətraflı...
Fərid HÜSEYNOV: Şəhriyar artıq şəmkirli hesab olunur Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017-nin Təşkilat Komitəsinin sədri, turnirin direktoru Fərid Hüseynov yarışın rəsmi saytına müsahibə verib. 2017-04-27 Daha ətraflı...
Şahmatçılar Şəmkirdə futbol oynadılar Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017 turnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib. Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb. Şahmatçılardan ibarət kollektiv, "Synergy Group", "Media" və Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət komandalar qalib adı uğrunda mübarizə aparıblar. 2017-04-27 Daha ətraflı...
Ulduz şahmatçılar Şəmkirdə seans keçirdi Vüqar Həşimov Memorialının iştirakçıları Şəmkirdə yerləşən "Zəka" Yaradıcılıq Mərkəzində olub. Dünya çempionu Vladimir Kramnik (Rusiya), FİDE reytinqində ikinci pillədə qərarlaşan Uesli So (ABŞ), Dünya Kubokunun qalibi Sergey Karyakin (Rusiya) və Maykl Adams (İngiltərə) 12 lövhədə uşaqlara seans keçib. 2017-04-27 Daha ətraflı...
Teymur RƏCƏBOV: Şahmat tacı uğrunda mübarizə aparmaq istəyirəm Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017 turnirində V tura start verilib. Synergy Group-un təşkil etdiyi turnirin hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov İngiltərə təmsilçisi Maykl Adamsla heç-heçə oynayıb. Synergy Group-un təşkil etdiyi yarışın V turundan sonra Teymur Rəcəbov turnirin rəsmi saytına müsahibə verib. 2017-04-26 Daha ətraflı...