Şəhriyar Məmmədyarov

 Azərbaycan

Təvəllüd: 12 aprel 1985

FİDE reytinqi: 2790 (mart 2019) 

Ən yüksək reytinqi: 2820 (sentyabr 2018)

Reytinq sıralaması: 5

Şəhriyar Məmmədyarov 2011 və 2014 illərdə İddiaçılar turnirində mübarizə aparıb. 2017-ci ildə FİDE Qran-Pri turnirində qələbə qazanmaqla 2018-ci ildə üçüncü dəfə İddiaçılar turnirində iştirak etmək imkanı əldə etmiş və yarışda ikinci yerlə kifayətlənmişdir. 

2012-ci ildə keçirilən Ümumdünya Şahmat Olimpiadasında fərdi göstəricilərinə əsasən üçüncü lövhədə qızıl medala layiq görülüb. Azərbaycan yığmasının heyətində Avropa çempionatının üçqat qalibidir (2009, 2013, 2017).

2003-ci ildə gənclər arasında dünya çempionatının qalibi olub. O, qələbəsini 2005-ci ildə yenidən təkrarlayıb (bununla gənclər arasında yeganə ikiqat çempionudur).

Şəhriyar 2013-cü il iyun ayında  sürətli şahmat üzrə Dünya çempionatının qalibi olmuşdur.

Məmmədyarov 2018-ci ildə Dünya çempionu Karlseni də məğlub edərək Biel Şahmat Festivalının qalibi adinı qazanmışdır. 

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess turnirinin ikiqat qalibidir.

SOCAR klubunun heyətində Avropa Çempionlar Kubokunun sahibidir.