Teymur Rəcəbov

 Azərbaycan

Təvəllüd: 12 mart 1987

FİDE reytinqi: 2756 (mart 2019) 

Ən yüksək reytinqi: 2793 (noyabr 2012)

Reytinq sıralaması: 13

Azərbaycanın ən güclü şahmatçılarından olan Teymur Rəcəbov 2012 və 2013-cü illərdə iki dəfə İddiaçılar Turnirinə vəsiqə qazanıb.

2003-cü ildə Linaresdə 15 yaşlı Rəcəbov yeddi il ərzində ağ fiqurlarla məğlub olmayan Kasparovu məğlub edir, qeyd edək ki, şahmat karyerasını bitirənə qədər heç bir şahmatçı bunu təkrar edə bilmədı.

Azərbaycan yığmasının heyətində üç dəfə Avropa çempionatlarında qələbə qazanıb (2009, 2013, 2017), 2004-cü ildə Dünya çempionatında bürünc medala layiq görülüb.

Batum şəhərində keçirilən son Şahmat Olimpiadasında 10 oyundan 8 xal toplayan Rəcəbov ikinci lövhədə bürünc medal qazanmışdır.

2007-ci ildə Rəcəbov XIX kateqoriyalı Veyk-An-Zee superturnirində birinci yeri bölüşdürüb. 2017-ci ildə FİDE Qran-Pri seriyasına daxil olan turnirlərdən birinin qalibi olmuşdur.

Rəcəbov “SOCAR Azerbaijan” klubunun heyətində iki dəfə Avropa Çempionlar Kubokunu qazanmışdir.