Veselin Topalov

 Bolqarıstan

Təvəllüd: 15 mart 1975

FİDE reytinqi: 2740(mart 2019) 

Ən yüksək reytinqi: 2816 (iyul 2015)

Reytinq sıralaması: 17

Veselin Topalov 2005-ci ildə şahmat üzrə Dünya çempionatında qalib gəlməklə adını tarixə yazıb.

2005-ci ildə “Şahmat Oskar”ını qazanıb.

Topalov 2006-cı ilin aprel ayından 2007-ci ilin yanvar ayına və 2008-ci ilin oktyabr ayından 2010-cu ilin yanvar ayına qədər Dünya reytinq cədvəlinin lideri olmuşdur.

Topalov 1994-cü ildən etibarən Bolqarıstan milli komandasının lideridir. Ümumilikdə 9 Şahmat Olimpiadasında (1994-2000, 2008-2016) iştirak edən Veselin, Tromsoda keçirilən 41-ci Olimpiadada birinci lövhədə qızıl medal əldə etmişdir.

O müxtəlif illərdə Linares, Dortmund, Stavanger kimi nüfuzlu şahmat superturnirlərinin qalibi olub.

2015-ci ildə Norway Chess turnirində 2946 performans ilə qalib adını qazanmısdır.